satellite   Azerspace-1: 11135 H 30000

Neymara “Əl-Hilal”a keçid üçün Səudiyyə qanunlarını pozmağa icazə veriləcək

Neymara “Əl-Hilal”a keçid üçün Səudiyyə qanunlarını pozmağa icazə veriləcək

Braziliyalı futbolçu Neymarın Fransanın "Paris Sen-Jermen" klubundan Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçidinin təfərrüatları məlum olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.

Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanında hücumçu şəxsi təyyarə və qulluqçuları olan nəhəng malikanə ilə təmin olunacaq. Bundan əlavə, braziliyalıya hamilə sevgilisi Bruna Biankardi ilə vətəndaş nikahında yaşamağa icazə veriləcək ki, bu da ölkə qanunları ilə qadağandır.

Neymar “Əl-Hilal”ın hər qələbəsinə görə 80 min avro, Səudiyyə Ərəbistanını təbliğ etdiyi hər sosial media paylaşımına görə isə futbolçuya 500 min avro ödəniləcək.

Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. Bu, braziliyalı üçün vətənindən kənarda ilk klub olub. 2017-ci ildən hücumçu Fransada beş çempionluq qazandığı PSJ-nin formasını geyinir.

Onun parislilərlə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM