satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi” “Beşiktaş”la keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib

“Neftçi” “Beşiktaş”la keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la Türkiyədə keçiriləcək oyunla bağlı azarkeşlərə müraciət edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, avqustun 17-də “Beşiktaş” stadionunda təşkil olunacaq görüşdə iştirak etmək istəyən şəxslər klubla əlaqə saxlamalıdırlar.

Onlar Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı qonaq komanda fanatları üçün nəzərdə tutulan tribunadan izləyə biləcəklər. Həmin sektora bilet almaq istəyənlər “Neftçi” klubuna müraciət etməlidirlər.

Qeyd edək ki, Bakıda keçirilən ilk matçda İstanbul nəhəngi 3:1 hesablı qələbə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM