satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ”ı Finlandiyada dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlərin sayı açıqlanıb

“Qarabağ”ı Finlandiyada dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlərin sayı açıqlanıb

UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək HİK (Finlandiya) - “Qarabağ” matçında Azərbaycan çempionunu dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlərin sayı açıqlanıb.

Naxçıvan televiziyası Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaq komanda üçün ayrılmış 626 bilet oyun günü - avqustun 17-də, yerli vaxtla saat 17:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi "Bolt Arena"da, 9-cu qapının yaxınlığında satılacaq.

113-114-cü sektorlar üçün nəzərdə tutulmuş biletlərin qiyməti 20 avrodur.

Qeyd edək ki, bilet satışını meydan sahibi HİK klubu həyata keçirir. Komandalar arasında Bakıda keçirilmiş ilk qarşılaşma “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM