satellite   Azerspace-1: 11135 H 30000

“Beşiktaş” klubu “Neftçi” ilə cavab oyununa ciddi itki ilə çıxacaq

“Beşiktaş” klubu “Neftçi” ilə cavab oyununa ciddi itki ilə çıxacaq

“Beşiktaş” klubu Türkiyədə “Neftçi”yə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununa ciddi itki ilə çıxacaq.

Naxçıvan televiziyası “haberturk.com” saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı futbolçularından Raşid Gezzal flaqmanla matçı buraxacaq.

Zədəsini sağaldan əlcəzairli yarımmüdafiəçi fərdi məşqlərə başlasa da, hələlik kollektiv hazırlıqda iştirak etmir.

Əvəzində isə “qara qartallar”ın əsas hücumçusu Cenk Tosun sıraya dönüb. 32 yaşlı forvard, baş məşqçi Şenol Güneş şans verəcəyi təqdirdə, meydana çıxa biləcək.

Həmçinin cəza müddəti başa çatan Artur Masuakunun da “Neftçi” ilə görüşdə oynayacağı gözlənilir.

Qeyd edək ki, avqustun 17-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Bakıda ilk matçda “Beşiktaş” 3:1 hesablı qələbə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM