satellite   Azerspace-1: 11135 H 30000

UEFA reytinqi: "Qarabağ" Azərbaycana növbəti xalları qazandırıb

UEFA reytinqi: "Qarabağ" Azərbaycana növbəti xalları qazandırıb

"Qarabağ" Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, Azərbaycan çempionu buna UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Finlandiyada HİK-ə 2:1 hesabı ilə qalib gəlməklə nail olub.

Bununla ölkənin cari mövsümdəki xalları 2,250 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq cəmi 0,250 əmsala bərabərdir.

"Sabah" əsas və əlavə vaxtı 0:2 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiyada "Partizan"a uduzub - 4:5. "Neftçi" isə Türkiyədə "Beşiktaş"a 1:2 hesabı ilə yenilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM