satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionatı: Azərbaycanın voleybol millisi mübarizəyə başlayır

Avropa çempionatı: Azərbaycanın voleybol millisi mübarizəyə başlayır

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında mübarizəyə başlayacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, Ataman Güneyligilin baş məşqçisi olduğu komanda Çexiya ilə üz-üzə gələcək.

Almaniyanın Düsseldorf şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qrupun digər matçında İsveç Türkiyə yığması ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Reqlamentə əsasən, qrupda ilk 4 pillədə qərarlaşacaq komandalar 1/8 finala yüksələcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM