satellite   Azerspace-1: 11135 H 30000

DÇ-2024: Azərbaycan millisinin elit raunddakı ilk oyununun təyinatları açıqlanıb

DÇ-2024: Azərbaycan millisinin elit raunddakı ilk oyununun təyinatları açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit raundunda səfərdə Rumıniya seçməsinə qarşı keçirəcəyi oyunu üçün təyinatlar müəyyənləşib.

Naxçıvan televiziyası-ın məlumatına görə, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşdə Admir Zahoviç, Aleş Mocnik Peric və Dejan Veselic iş başında olacaq. İtaliyalı Angelo Galante hakim-inspektor, serbiyalı Zoran Dimic UEFA nümayəndəsi kimi təyinat alıb.

Qeyd edək ki, sentyabrın 15-də Romeo Lamandidə oynanılacaq matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM