satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” isə “Neftçi”ni qəbul edəcək

Premyer Liqa: “Qarabağ” “Araz-Naxçıvan”ı, “Sabah” isə “Neftçi”ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü tura yekun vurulacaq.

Naxçıvan televiziyası xəbər verir ki, günün ilk oyununda son çempion “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Üç xala malik komandalar 5-6-cı yerləri bölüşdürürlər.

Turun sonuncu matçında “Neftçi” “Sabah”ın qonağı olacaq. Rəqibindən bir oyun az keçirən meydan sahibləri 3 xalla 4-cü, “ağ-qaralar” isə 1 xalla 8-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Turan Tovuz" səfərdə "Kəpəz"i 2:0, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 2:1 hesabı ilə üstələyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM