satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan boksçusu yarımfinala yüksəlib

Azərbaycan boksçusu yarımfinala yüksəlib

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında 54 kq çəkidə çıxış edən boksçumuz Nicat Hüseynov yarımfinala yüksəlib.

Naxçıvan televiziyası xəbər verir ki, o, belaruslu boksçu İvan Zaxarenkonu məğlub edərək növbəti mərhələyə adlayıb. Bununla da həmyerlimiz bürünc medalı təmin edib.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla, 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM