satellite   Azerspace-1: 11135 H 30000

Sloveniya klubu “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

Sloveniya klubu “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

Sloveniyanın “Olimpiya” (Lyublyana) komandası Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Naxçıvan televiziyası qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Lyublyana təmsilçisinin baş məşqçisi Joau Enrikeş siyahıya 25 futbolçunun adını daxil edib.

Oyunçulardan üçü qapıçı, səkkizi müdafiəçi, altısı yarımmüdafiəçi, səkkizi isə hücumçudur.

Qapıçılar: 22. Denis Pintol, 31. Jan Maurisio, 69. Matevj Vidovşek

Müdafiəçilər: 2. Xorxe Silva, 3. David Sualehe, 6. Mateo Karamatiç, 8. Yustas Lasitskas, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 27. Paskal Estrada, 43. Alyaj Krefl

Yarımmüdafiəçilər: 11. Saar Fadida, 19. Svit Seşlar, 21. İvan Posavets, 26. Val Yankoviç, 33. Nemanya Qavriç, 34. Aqustin Doffo

Hücumçular: 9. Mustafa Nukiç, 10. Timi Elşnik, 17. Admir Bristriç, 20. Nemanya Motika, 23. Dioqu Pintu, 34. Pedro Lukas, 77. Aldin Yakupoviç, 99. Ruy Pedru

Qeyd edək ki, “Qarabağ” “Olimpiya” ilə ilk oyununu avqustun 24-də səfərdə, cavab matçını isə avqustun 31-də Bakıda keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM