satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Yunayted"in yeni sahibi məlum olub

"Mançester Yunayted"in yeni sahibi məlum olub

Şeyx Jassim İngiltərənin "Mançester Yunayted" futbol komandasının satın alınması uğrunda mübarizəni qazanıb və oktyabrın ortalarına qədər klubun 6 milyard funt-sterlinq dəyərində alınmasını tamamlamağa hazırlaşır.

Naxçıvan televiziyası-ın "The Sun"a istinadən verdiyi xəbərə görə, Qətərin kral ailəsinin üzvü Qleyzer ailəsinin klubdakı payını saxlamağa razı olan britaniyalı milyarder Cim Retklifi qabaqlayıb.

Məlumata görə, Qleyzerlər “Mançester Yunayted”də pay saxlamaq və klubda səhmlərə sahib olmaqda davam etmək niyyətində olublar, lakin iş adamlarına bunun azarkeşlərin böyük reaksiyasına səbəb olacağı barədə xəbərdarlıq edilib.

Qleyzer ailəsi “Mançester Yunayted”i 2005-ci ildə 800 milyon funt-sterlinqə satın alıb.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının cari mövsümündə iki oyun keçirib. Bu oyunlardan birində qalib, digərində məğlub olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM