satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan”ın baş məşqçisi: Artıq son oyunu düşünməliyik

“Araz-Naxçıvan”ın baş məşqçisi: Artıq son oyunu düşünməliyik

Maraqlı qarşılaşma izlədik. Bu gün dünənki oyunla müqayisədə komandam daha yaxşı çıxış etdi.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan” komandasının baş məşqçisi Vitali Borisov UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsində Almaniyanın “Yan Regensburq” kollektivinə 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, Almaniya çempionu Türkiyənin “İstanbul Şişli” klubu ilə müqayisədə daha güclüdür: “Nəticəyə görə komandamı təbrik edirəm. Əlbəttə, bugünkü matçı da analiz edəcəyik, düzəldilməli olan məqamları futzalçılara çatdıracağıq. “Yan Regensburq”la görüşü ayrıca dəyərləndirsək, fasilədən sonra nümayiş etdirdiyimiz oyun daha yaxşı idi. Artıq son qarşılaşmanı düşünməliyik. Çünki vəsiqənin taleyi 2 gün sonra keçirəcəyimiz matçda həllini tapacaq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda son oyununu Latviyanın “Riqa” komandasına qarşı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM