satellite   Azerspace-1: 11135 H 30000

Bu gün dünya çempionatında daha iki cüdoçumuz tatamiyə çıxacaq

Bu gün dünya çempionatında daha iki cüdoçumuz tatamiyə çıxacaq

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, yarışın üçüncü günündə qızlar və oğlanlar arasında iki çəki dərəcəsində iki cüdoçumuz tatamiyə çıxacaq.

Qızlar arasında 63 kiloqramda Kamilla Toholiyeva, oğlanlar arasında isə 73 kiloqramda Süleyman Şükürov güclərini sınayacaqlar.

İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Nihad Məmişov (50 kiloqram) və Xədicə Qədəşova (52 kiloqram) qızıl, Məhəmməd Məmişov (50 kiloqram), Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) isə bürünc medal qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM