satellite   Azerspace-1: 11135 H 30000

Messi MLS-də ilk oyununa çıxıb

Messi MLS-də ilk oyununa çıxıb

ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messi MLS-də debüt edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, futbolçu "Nyu-York Red Bulls" ilə səfər oyununun 60-cı dəqiqəsində meydana çıxıb.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Argentinalı 89-cu dəqiqədə komandasının ikinci qolunun müəllifi olub.

Messi "İnter Mayami"də 8 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib. Avqustun 20-də argentinalı ilk dəfə Amerika kubokunu qazanıb. “İnter Mayami” turnirin həlledici oyununda “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun sahibi olub.

“İnter Mayami” ABŞ Açıq Kubokunun finalında “Hyuston”la da oynayacaq.

Messi 7 qat "Qızıl top"un qalibi, Argentina millisinin heyətində dünya çempionu, 10 qat İspaniya çempionu, 2 qat Fransa çempionu, 4 dəfə Çempionlar Liqasının qalibidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM