satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev Ermənistandakı çempionluğunu Azərbaycana həsr edən türkiyəli idmançıya medalın xüsusi hazırlanmış surətini hədiyyə edib

Prezident İlham Əliyev Ermənistandakı çempionluğunu Azərbaycana həsr edən türkiyəli idmançıya medalın xüsusi hazırlanmış surətini hədiyyə edib

Azərbaycan Prezidenti İlham Əliyev apreldə Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qazandığı çempionluğu Azərbaycana həsr edən türkiyəli Cansu Bektaşa medalın xüsusi hazırlanmış surətini hədiyyə edib.

Naxçıvan televiziyası “olay53.com” saytına istinadən xəbər verir ki, medalın təqdimat mərasimi Azərbaycanın Ankaradakı səfirliyində baş tutub.

Tədbirdə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü, vitse-prezidentlər İlkər Özkan, Yasin Arslan, həmçinin Cansu Bektaş və millinin məşqçisi Fərhat Coşkun iştirak ediblər.

Qeyd edək ki, aprelin 15-23-ü aralığında Ermənistanda keçirilən Avropa çempionatında Cansu Bektaş 45 kq çəki dərəcəsində 3 qızıl medal qazanıb. Aprelin 27-də Prezident İlham Əliyevin dəvəti ilə Bakıya gələn Türkiyə millisinin ağırlıqqaldıranları ertəsi gün ölkə başçısı ilə görüşüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM