satellite   Azerspace-1: 11135 H 30000

Nigeriyalı hücumçu Azərbaycan klubuna keçməkdən imtina edib

Nigeriyalı hücumçu Azərbaycan klubuna keçməkdən imtina edib

Nigeriyalı futbolçu Kristian İrobiso Azərbaycan klubuna keçməkdən imtina edib.

Naxçıvan televiziyası “gsp.ro” saytına istinadən xəbər verir ki, Rumıniyanın “Petrolul” klubunun hücumçusu adı açıqlanmayan Premyer Liqa təmsilçisi ilə danışıq aparıb.

Hətta klubların anlaşmağa çox yaxın olduqları da bildirilib. Lakin transfer son anda baş tutmayıb. 30 yaşlı forvardın karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir. Çünki həmin ölkənin II Liqa təmsilçilərindən biri “Petrolul”un 170 min avroluq tələbini qarşılamağa hazırdır. İrobiso sentyabrın 1-dək yeni klubu ilə anlaşmasa, “Petrolul”da qalacaq.

Qeyd edək ki, Kristian İrobisonun Rumıniya klubu ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM