satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan minifutbol millisinin dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan minifutbol millisinin dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Xayma şəhərində keçiriləcək dünya çempionatındakı oyunlarının təqvimi müəyyənləşib.

Naxçıvan televiziyası-ın məlumatına görə, yığma G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq.

Komandamız ilk oyununu oktyabrın 27-də İraqa qarşı keçirəcək. Milli bundan iki gün sonra Misirlə, oktyabrın 31-də isə Tunislə üz-üzə gələcək. Qrupda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaqlar.

Bununla bağlı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov "X" səhifəsində paylaşım edib. Federasiya rəhbəri son Avropa çempionuna mundialda uğurlar arzulayıb.

Qeyd edək ki, dünya çempionatına noyabrın 4-də final matçı ilə yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM