satellite   Azerspace-1: 11135 H 30000

Teymur Rəcəbov beynəlxalq turnirdə iştirak edəcək

Teymur Rəcəbov beynəlxalq turnirdə iştirak edəcək

Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Teymur Rəcəbov Hindistanda keçiriləcək "Tata Steel India" turnirində iştirak edəcək.

Azərbaycan Şahmat Federasiyasından Naxçıvan televiziyası-a verilən məlumata görə, turnirdə T.Rəcəbovla yanaşı, Bakıdakı Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandxa, o cümlədən Domaraju Qukeş, Arjun Eriqaisi, Vidit Qucrati və Pentala Harikrişna (hamısı Hindistan), Nodirbek Abdusattorov (Özbəkistan), Aleksandr Qrişuk (FIDE), Vinsent Keymer (Almaniya), Maksim Vaşye-Laqrav (Fransa) və digərləri mübarizə aparacaqlar. Reqlamentə əsasən, şahmatçılar əvvəlcə rapid, son iki gündə isə blitsdə yarışacaqlar.

Qeyd edək ki, Hindistanda keçiriləcək "Tata Steel India" turniri 5-9 sentyabrda baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM