satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” komandası “Kəpəz”lə oyuna ciddi itkilərlə çıxa bilər

“Araz-Naxçıvan” komandası “Kəpəz”lə oyuna ciddi itkilərlə çıxa bilər

"Araz-Naxçıvan"ın iki futbolçusu Gəncədə "Kəpəz"ə qarşı keçiriləcək Premyer Liqanın V turunun matçında iştirak etməyə bilər.

Klubdan Naxçıvan televiziyası-a verilən məlumata görə, IV turda “Sumqayıt”la oyunun (1:1) birinci hissəsində zədələnən və qarşılaşmanı davam etdirə bilmədiyinə görə fasilədə əvəzlənən Mohammed Kadirinin, eləcə də məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır.

Sözügedən oyunçular komanda ilə məşqdə iştirak etmirlər.

Qeyd edək ki, "Kəpəz" - "Araz-Naxçıvan" görüşü sentyabrın 3-də, saat 17:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM