satellite   Azerspace-1: 11135 H 30000

UEFA reytinqi: “Qarabağ” Azərbaycana növbəti xalları qazandırıb

UEFA reytinqi: “Qarabağ” Azərbaycana növbəti xalları qazandırıb

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki uğurlu çıxışı Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, Ağdam təmsilçisi Bakıda Sloveniya klubu “Olimpiya” ilə 1:1 hesabı ilə bərabərə qalaraq, ölkə reytinqinə 0,125 xal əlavə edib.

Bununla ölkənin cari mövsümdəki xalları 2,625 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,875-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Slovakiya ilə aradakı fərq 0,500 əmsala bərabərdir.

Baş tutan qarşılaşmalar Türkiyə, Danimarka, İsveç, Qazaxıstan, Bosniya və Herseqovinanın irəliləməsinə, Şotlandiya, Norveç, İsrail, Rumıniya, Ermənistan və Şimali İrlandiyanın geriləməsinə səbəb olub.

Reytinqə 89,178 xalla İngiltərə başçılıq edir. İspaniya (75,989) ikinci, İtaliya (71.712) isə üçüncü pillədə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM