satellite   Azerspace-1: 11135 H 30000

"Qalatasaray"ın sabiq futbolçusu Azərbaycan Premyer Liqasında çıxış edə bilər

"Qalatasaray"ın sabiq futbolçusu Azərbaycan Premyer Liqasında çıxış edə bilər

Türkiyənin "Qalatasaray" komandasının sabiq futbolçusu Cessi Sekidika karyerasını “Sabah” klubunda davam etdirə bilər.

Naxçıvan televiziyası Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Eyüpspor"la müqaviləsini ləğv edən nigeriyalı hücumçu Azərbaycan təmsilçisi ilə danışıqlar aparır.

İddiaya görə, 27 yaşlı forvard artıq Bakı klubu ilə razılığa gəlib. Transferin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, 2020-2022-ci illərdə “Qalatasaray”a məxsus olmuş afrikalı oyunçu ötən mövsümü icarə əsasında “Ümraniyespor”da keçirib. Bu komandanın heyətində 13 Superliqa oyununa çıxan Sekidika bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM