satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan yığması dünya çempionatına qatılacaq

Azərbaycan yığması dünya çempionatına qatılacaq

Azərbaycan millisi sentyabrın 4-17-si aralığında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatına qatılacaq.

Naxçıvan televiziyası xəbər verir ki, mundial Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Yarışda 894 atlet (469 kişi, 425 qadın) iştirak edəcək. Azərbaycanı qadınlar arasında Nazilə İsmayılova (49 kq) və Günel Vəliyeva (76 kq) təmsil edəcəklər.

Kişilərin mübarizəsinə isə İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq) və Dadaş Dadaşbəyli (109 kq) qatılacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM