satellite   Azerspace-1: 11135 H 30000

Çövkən üzrə Prezident Kubokunda ikinci günün qalibləri müəyyənləşib

Çövkən üzrə Prezident Kubokunda ikinci günün qalibləri müəyyənləşib

Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunda ikinci yarış günü başa çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində reallaşan turnirin ikinci günündə dörd görüş keçirilib. 

İlk oyunda “Sərhədçi-Qarabağ” komandası “Köhlən”i 4-1 hesabı ilə məğlub edib. İkinci matçda “Polad” “Şirvan" komandasına 5 cavabsız qolla qalib gəlib. Üçüncü görüşdə “Sərhədçi-Dilbaz” “Zəfəri”i üstələyib - 5-1.

Günün mərkəzi qarşılaşmasında isə “Omar” və “Embavood” üz-üzə gəlib. Oyun 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, çövkən üzrə Prezident Kubokuna dekabrın 23-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM