satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Kuboku: 1/8 final mərhələsinə iki oyunla start verilir

Azərbaycan Kuboku: 1/8 final mərhələsinə iki oyunla start verilir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.

Naxçıvan televiziyası xəbər verir ki, ilk olaraq iki matç baş tutacaq.

Premyer Liqa təmsilçilərindən "Sabah"la "Kəpəz" Tovuz şəhər stadionunda üz-üzə gələcəklər. Qarşılaşma saat 14:00-da başlayacaq.

Digər görüşdə isə "Sumqayıt" "Karvan"ı sınağa çəkəcək. "Kapital Bank Arena"da reallaşacaq matç saat 17:00-da start götürəcək.

Azərbaycan Kuboku

1/8 final

14:00. "Kəpəz" - "Sabah"
Tovuz şəhər stadionu (“CBC Sport”/canlı)

17:00. "Sumqayıt" - "Karvan"
"Kapital Bank Arena" (“AzPFL”/canlı)

Qeyd edək ki, bu mərhələnin digər oyunları 19, 20 və 21 dekabrda gerçəkləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM