satellite   Azerspace-1: 11135 H 30000

Rusiya millisinin sabiq futbolçusu: “Lunyovun “Qarabağ” kimi komanda ilə pley-offa çıxmasına şadam”

Rusiya millisinin sabiq futbolçusu: “Lunyovun “Qarabağ” kimi komanda ilə pley-offa çıxmasına şadam”

“Lunyovun “Qarabağ” kimi komanda ilə pley-offa çıxmasına şadam”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Rusiya millisinin sabiq futbolçusu Vladislav Radimov həmyerlisi Andrey Lunyovun “Qarabağ”ın heyətində UEFA Avropa Liqasının qrup mərhələsindəki performansını dəyərləndirərkən deyib.

48 yaşlı mütəxəssisin fikrincə, “Bayer 04” klubu ilə Almaniyadakı görüşdə Azərbaycan çempionunun daha çox qol buraxmasına məhz Lunyov mane olub: “Lunyov qrup mərhələsinin 6 görüşünün hamısında iştirak etdi və “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksəldi. Onların “Bayer 04" ilə səfər oyunlarına (1:5) baxdım. “Bayer 04” 5 qol vurdu, amma Lunyov olmasaydı, yəqin ki, “Qarabağ” 18 qol buraxardı”.

Qeyd edək ki, yer aldığı H qrupunda 10 xalla ikinci yeri tutan “Qarabağ” pley-off mərhələsində mübarizə aparacaq. Azərbaycan çempionunun bu raunddakı rəqibi bu gün bilinəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM