satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan atleti ölkə ikincisi olub - FOTOLAR

Naxçıvan atleti ölkə ikincisi olub<font color=red> - FOTOLAR</font> Naxçıvan atleti ölkə ikincisi olub<font color=red> - FOTOLAR</font>

16-17 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin yüzə yaxın atleti öz qüvvəsini sınayıb.

Yarışda Əməkdar məşqçi Şəfi Hüseynovun rəhbərliyi ilə muxtar respublikamız bir idmançı – Gülcahan Əliyeva ilə təmsil olunub. Qadınlar arasında 55 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb. Gülcahan Əliyeva birdən 55 kq təkanla isə 70 kq ağırlığın öhdəsindən gələrək toplamda 125 kq çəkiyə nail olub. Bu göstərici ilə qalibdən cəmi 2 kq fərqlə ikinci sırada qərarlaşan atlet gümüş medala sahib çıxıb.

Xatırladaq ki, yeniyetmələr və gənclər arasında bir neçə dəfə Azərbaycan birinciliklərinin qalib və mükafatçısı olan Gülcahan Əliyeva, bu il böyüklər arasında gümüş medala yiyələnmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM