satellite   Azerspace-1: 11135 H 30000

Şəmkirdə 7 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Şəmkirdə 7 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb <font color='red'> - YENİLƏNİB</font>

Avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) NTV-yə  verilən məlumata görə, hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

09:09

Bakıdan Qazaxa hərəkət edən, 1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes-Benz Sprinter” markalı sərnişin mikroavtobusu Şəmkirdə KamAZ markalı yük avtomobilinin qoşqusuna arxadan çırpılıb.

NTV-nin verdiyi məlumata görə, qəza nəticəsində 7 nəfər - Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Aydın Pənahov, Ağstafa rayon sakinləri 1992-ci il təvəllüdlü Şadət Bayramov, 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva, 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov, 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova, 1966-cı il təvəllüdlü Arif Bağırov həyatını itirib.

Ağstafa rayon sakinləri – 1995-ci il təvəllüdlü Məcid Qəribov, 2004-cü il təvəllüdlü Nərmin Əliyeva, 1969-cu il təvəllüdlü Kamran Məmmədov, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Şahniyar Pənahova, Gürcüstan Respublikasının vətəndaşı 1970-ci il təvəllüdlü Bəkinaz Gözəlova Şəmkirdə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Kamran Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM