satellite   Azerspace-1: 11135 H 30000

“TikTok”da narkokuryerlik edən şəxsdən 5 kiloqram marixuana aşkarlanıb

“TikTok”da narkokuryerlik edən şəxsdən 5 kiloqram marixuana aşkarlanıb

Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Vüsal Quliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, “TikTok” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb olunub və marixuananı paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM