Ağdərədə mina partlayışı baş verib.
NTV xəbər verir ki, hadisə rayonun Suqovuşan qəsəbəsi ərazisində qeydə alınıb. Nəticədə rayon sakini Məhərrəmov Mahir Abdulla oğlu xəsarət alıb.
Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
