satellite   Azerspace-1: 11135 H 30000

Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlanıb - FOTOLAR

Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlanıb<font color=red> - FOTOLAR</font> Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlanıb<font color=red> - FOTOLAR</font>

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilən bağlamada narkotik aşkarlanıb.

Bu barədə NTV-yə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin bağlamaya baxış keçirilərkən orada olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə aşkarlanan narkotik vasitələr 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin olub.

Həmçinin Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən geyimin üzərində xüsusi üsulla tikilərək gizlədilmiş ümumilikdə 4 ədəd bükülüdə 0,888 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Göygölə dolu düşüb

20:06 19.09.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM