satellite   Azerspace-1: 11135 H 30000

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək<font color='red'> - XƏBƏRDARLIQ</font>

İyulun 2-dən 3-ü axşamadək Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq.

Bu barədə Naxçıvan televiziyası-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən tarixlərdə bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara, Mərkəzi Aran) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM