satellite   Azerspace-1: 11135 H 30000

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb<font color='red'> - FAKTİKİ HAVA</font>

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb, Şahdağda intensiv olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Saat 9:00-a olan məlumata görə, düşən yağıntının miqdarı Şahdağda 22 mm, Kürdəmir, Gədəbəy, Daşkəsəndə 10 mm, Gəncə, Qusar, Qrız, Sədərək, Şəki, Göygöl, Astara, Altıağac, Şamaxı, Quba, Xaltan, Qobustan, Qax, Sabirabad, İsmayıllı, Qəbələ, Naftalan, Balakən, Göyçay, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Zaqatala, Şəmkir, İmişli, Oğuz, Şərur, Şahbuz, Culfa, Naxçıvanda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında da 1 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da və Aran rayonlarında 30, dağlıq rayonlarda 17-21 dərəcəyə isti olub

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM