satellite   Azerspace-1: 11135 H 30000

Qarşıdakı günlərdə bəzi bölgələrə intensiv xarakterli yağış yağacaq

Qarşıdakı günlərdə bəzi bölgələrə intensiv xarakterli yağış yağacaq

Son günlər ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Yağan yağışlardan sonra lokal aktivləşmələr baş verib və bir neçə yerdə sürüşmə hadisəsi qeydə alınıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, intensiv yağıntılar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən 75.2-ci kilometrlik hissəsində fəsadlar müşahidə olunub.

N. Mahmudov əhaliyə çağırış edərək bildirib ki, növbəti günlərdə də bəzi bölgələrdə yağmurlu hava şəraiti, hətta intensiv xarakterli ola biləcəyi ilə bağlı vətəndaşlardan ehtiyatlı olmaları artıq dərəcədə xahiş olunur, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara diqqət yetirsinlər, hava məlumatlarına ciddi yanaşsınlar və ehtiyat tədbirlərini unutmasınlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM