Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NTV-yə verilən məlumata əsasən 23 -24 aprel tarixlərində hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir Qərb küləyi 5-10m/s əsəcək, küləyin sürəti 15-18m/s-dək güclənəcək. Temperatur gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
- 15:45 23.04.2025