Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeorologiya Mərkəzindən NTV-yə verilən məlumata əsasən Muxtar Respublika ərazisində yağıntılı hava şəraitinin may ayının 16-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Qərb küləyi əsəcək, küləyin sürəti 5-10 m/san, bəzi yerlərdə arabir 15-18 m/san-dək güclənəcək.
Düşən yağıntının çaylarda sululuğu artıracağı, bəzi dağlıq rayonlarda qısa müddətli daşqın olacağı və ya sel keçəcəyi ehtimalı var.
