satellite   Azerspace-1: 11135 H 30000

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

Sabah 40 dərəcə isti olacaq<font color='red'> - PROQNOZ</font>

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Bu barədə NTV-yə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 36-40, dağlarda gecə 11-16, gündüz 28-33 dərəcə isti olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM