satellite   Azerspace-1: 11135 H 30000

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunub

Milli Hidrometeorologiya Xidmətinin avqustun 13-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə edilib, leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Xidmətdən NTV-yə verilən məlumata görə, düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 17, Zaqatala və Qaxda (Sarıbaş) 16 , Şahdağda 9, Balakəndə 8, Qrızda 7, Xınalıq, Gədəbəy, Lerik, Qəbələ, Quba, Tərtər, Mingəçevir, Beyləqan, Biləsuvar, İmişli, Ağdam, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xankəndi, Füzuli, Sabirabad, Cəfərxan, Neftçala, Şamaxı, Qobustan, Xaltan, Qusar, Oğuz, Daşkəsən, Tovuz, Ordubad, Şərur, Culfa, Naxçıvan, Yardımlı, Ağstafa, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 3 millimetrədək qeydə alınıb.

Avqustun 12-də Culfada şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir saniyədə 21 metrədək güclənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM