satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda temperatur 5-10 dərəcə düşəcək,qar yağacaq

Naxçıvanda temperatur 5-10 dərəcə düşəcək,qar yağacaq

Naxçıvan Muxtar Respublikasında dekabrın 31-i axşam saatlarından başlayaraq yanvarın 2-dək hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır.

Bu barədə NTV-yə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumata görə, dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, qar yağacağı və dumanın yaranacağı gözlənilir. Qərb küləyi 5–10 m/s sürətlə əsəcək, ayrı-ayrı yerlərdə isə arabir güclənəcək.

Havanın temperaturunun gündüz saatlarında 0–5 dərəcə isti, axşam və gecə saatlarında isə 5–10 dərəcə şaxta olacağı bildirilir.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə və əhaliyə ehtiyatlı olmaları tövsiyə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM