satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı bu il 2 dəfəyə yaxın artıb

Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı bu il 2 dəfəyə yaxın artıb

Bu il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasının qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı ilin əvvəli ilə müqayisədə 1,8 dəfə artaraq 11 363-ə çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, ötən ilin əvvəlinə nisbətən isə artım 3,7 dəfə olub.

"Naxçıvanda əmək münasibətlərinin şəffaflaşdırılması və əməkhaqqının ağardılması istiqamətində əməli tədbirlər davam etdirilib, əməkhaqqının nağdsız qaydada ödənilməsi genişləndirilib", - deyə nazir əvəzi qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM