satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda icarədən və özəlləşdirmədən büdcəyə daxilolmalar kəskin artıb

Naxçıvanda icarədən və özəlləşdirmədən büdcəyə daxilolmalar kəskin artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən və özəlləşdirilməsindən büdcəyə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 55,4 % və 39,5 % çox olub.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, icarədən daxilolmaların artımı yeni icarə müqavilələrinin sayının 44 % azalması fonunda baş verib, 0,4 milyon manat icarə haqqı toplanılıb.

"Hesabat dövründə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 140 hərrac və müsabiqə keçirilib, 210 dövlət əmlakı satılıb ki, bu da 1 il əvvələ nisbətən 75 % çoxdur. Həmin əmlakların hesabına büdcəyə 2,6 milyon manat vəsait daxil olub", - deyə nazir əvəzi qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM