Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsinin dəyəri 562 milyon manat təşkil edib.
Bu barədə NTV-yə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.
5 ay ərzində muxtar respublikanın ticarət şəbəkəsində 290 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 272 milyon qeyri-qida məhsulları satılıb.