satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın I rübdə tədiyyə balansında 400 milyon dollardan çox kəsir olub

Azərbaycanın I rübdə tədiyyə balansında 400 milyon dollardan çox kəsir olub

Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 413 milyon ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balansında 116 milyon dollar profisit olmuşdu.

NTV  bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 1 milyard 142,9 milyon dollarlıq profisit (ötən ilin eyni dövrü ilə müqayisədə 33,9 % az), kapital hesabındakı 0,7 milyon dollarlıq kəsir (eyni qalıb), maliyyə hesabındakı 1 milyard 224,7 milyon dollarlıq kəsir (23,2 % az), balanslaşdırıcı maddələr üzrə 330,5 milyon dollarlıq kəsir (17,8 dəfə çox) hesabına formalaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM