satellite   Azerspace-1: 11135 H 30000

Britaniya şirkəti Azərbaycanda qızıl istehsalını artırıb

Britaniya şirkəti Azərbaycanda qızıl istehsalını artırıb

Azərbaycanda qiymətli və xammal metalı yataqlarının işlənib hazırlanması ilə məşğul olan “Anglo Asian Mining PLC” (AAM) şirkəti cari ilin birinci yarımili üzrə hesabatını açıqlayıb.

NTV hesabata istinadla xəbər verir ki, birinci yarımil üzrə ölkədə ümumi qızıl hasilatı 12,115 unsiya təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (2024-cü ilin birinci yarısı: 4,704 unsiya) 2,6 dəfə artım deməkdir.

Hesabata əsasən, ikinci rüb ərzində şirkət 8,293 unsiya qızıl istehsal edib və xalis borcunu daha da azaldaraq nağd pul vəsaitlərinin artımını davam etdirib. Qeyd olunan dövrdə 6,086 unsiya qızıl hasilatı olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə (2024-cü ilin II rübü: 2,438 unsiya) 2,5 dəfə çoxdur.

Qeyd edək ki, “Anglo Asian Mining PLC” Azərbaycanda yüksəkkeyfiyyətli hasilat və kəşfiyyat aktivləri portfelinə malik qızıl, mis və gümüş istehsalçısıdır. Şirkət ötən il ölkədə 16,760 unsiya qızıl hasil edib. Ətraf mühitlə bağlı məhdudiyyətlər səbəbindən hasilat 2024-cü ildə ciddi şəkildə azalmasına baxmayaraq, ilin sonuna qədər hasilat tamamilə bərpa olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM