satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş keçirilib - FOTOLAR

Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font> Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş keçirilib<font color=red> - FOTOLAR</font>

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) Türk Ticarət Mərkəzinin vasitəçiliyi ilə Azərbaycanda işgüzar səfərdə olan bir qrup iş adamı ilə görüş keçirilib.

Dövlət Vergi Xidmətindən NTV-yə verilən məlumata görə, Türkiyədə tekstil, inşaat, İKT, istehsal (mebel, lift, qida), o cümlədən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçirilən görüş zamanı ölkəmizdə investisiya qoyuluşlarının dəstəklənməsi sahəsində vergi və gömrük inzibatçılığına dair məsələlər müzakirə edilib.

DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov biznes nümayəndələrinin vergi qanunvericiliyinə dair suallarını cavablandırıb işğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə tətbiq edilən vergi güzəştləri, o cümlədən digər sahələr üzrə təşviqlər barədə görüş iştirakçılarını məlumatlandırıb.

Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu təqdimat keçirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə geniş müzakirələr aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM