satellite   Azerspace-1: 11135 H 30000

Qarsdan Naxçıvana qədər dəmir yolunun inşasına 10 minədək mütəxəssis cəlb olunacaq

Qarsdan Naxçıvana qədər dəmir yolunun inşasına 10 minədək mütəxəssis cəlb olunacaq

Qars–İğdır–Aralıq–Dilucu (Naxçıvan Muxtar Respublikası ilə sərhəd) dəmir yolunun tikintisinə 10 minədək mütəxəssis cəlb ediləcək. Bu nəqliyyat layihəsi Türkiyənin logistika potensialının, ixracının və sənayesinin inkişafına güclü təkan verəcək.

NTV xəbər verir ki, bu fikri Azərbaycan sərhədinə qədər yeni dəmir yolunun inşasını həyata keçirən “Kalyon İnşaat” şirkətinin rəhbəri Muratxan Kalyoncu “Sabah” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 224 kilometrlik dəmir yolunun tikintisi Zəngəzur dəhlizinin mühüm hissəsi kimi Türkiyənin iqlim öhdəlikləri nəzərə alınmaqla həyata keçirilir. M. Kalyoncu əminliklə bildirib ki, yeni dəmir yolu Türkiyənin şərqini “regional və beynəlxalq ticarətin mərkəzinə çevirəcək.

“Zəngəzur dəhlizi sayəsində Avropa ilə Asiya arasında yüklərin çatdırılma müddəti demək olar ki, iki dəfə azalacaq. Layihə, həmçinin yükdaşımaların xərclərinin aşağı düşməsinə gətirib çıxaracaq ki, bu da logistika sektoruna ciddi təkan verəcək”, – deyə şirkət rəhbəri vurğulayıb.

O, diqqətə çatdırıb ki, hazırda Türkiyənin xarici ticarət əməliyyatlarının cəmi 1 faizi dəmir yolu ilə həyata keçirilir. Qars–Naxçıvan dəmir yolunun istifadəyə verilməsi bu göstəricini 4 faizə çatdıracaq.

“Kalyon İnşaat” şirkətinin rəhbəri, həmçinin bölgənin gələcək infrastrukturunun formalaşdırılmasına töhfə verməsindən qürur duyduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM