satellite   Azerspace-1: 11135 H 30000

“Starlink” Azərbaycandakı fəaliyyəti ilə bağlı hesabat təqdim etməli olacaq

“Starlink” Azərbaycandakı fəaliyyəti ilə bağlı hesabat təqdim etməli olacaq

“Starlink Azerbaijan” MMC fəaliyyətinin müxtəlif aspektlərini əks etdirən hesabat təqdim etməli olacaq.

NTV  xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.

Bildirilir ki, İKTA əməkdaşları ilə “Starlink” şirkətinin nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə “Starlink”in bazara giriş üzrə direktoru Rebeka Hanter və “Starlink Azerbaijan”ın nümayəndələri iştirak ediblər. İKTA rəsmiləri ilk olaraq tənzimləyici qurumun əsas vəzifə və səlahiyyətləri haqqında məlumat veriblər.

Görüşdə peyk telekommunikasiya operatorunun Agentliyə təqdim edəcəyi hesabat formaları, onların təqdim edilməsi qaydaları və digər vacib məsələlər haqqında müzakirələr aparılıb.

Eyni zamanda İKTA-nın fəaliyyəti, Azərbaycan telekommunikasiya mühiti barədə “Starlink” nümayəndələrinin sualları cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM