satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvandakı rezidentlər 10 il müddətinə əksər vergilərdən azad edilə bilər

Naxçıvandakı rezidentlər 10 il müddətinə əksər vergilərdən azad edilə bilər

Naxçıvan Muxtar Respublikasındakı rezidentlər 10 il müddətinə əksər vergilərdən azad edilə bilər.

NTV xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb. Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilməsi planlaşdırılır.

Təklif olunan dəyişikliyə əsasən, Naxçıvandakı rezidentlərin 2026-cı il yanvarın 1-dən 10 müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, həmin ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin isə 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM