satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda vergi daxilolmaları 16 %-ə yaxın artıb

Naxçıvanda vergi daxilolmaları 16 %-ə yaxın artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 208,9 milyon manat vergi daxil olub.

NTV bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 15,8 % çoxdur.

Hesabat dövründə ödənilən vergilərin 70,7 %-i qeyri-dövlət sektorunun, 29,3 %-i isə dövlət sektorunun payına düşüb.

Qeyri-dövlət sektorundan daxilolmalar 147,6 milyon manat təşkil edib. 2024-cü ilin 10 ayına nisbətən bu sektordan vergi daxilolmaları 22,9 % çox olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM