2025-ci ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Naxçıvanda 86 dövlət əmlakı özəlləşdirilib, özəlləşdirmədən cəmi daxilolmalar 1 milyon 211 min manat təşkil edib, bundan 908 min manatı muxtar respublika büdcəsinə ödənilib.
Nazirlikdən NTV-yə verilən məlumata görə, hesabat dövründə 242 yeni icarə müqaviləsi bağlanıb, 194 müqavilənin müddəti uzadılıb. Daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 625 min manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2025-ci ilin yanvar-noyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən ümumilikdə muxtar respublika büdcəsinə 1 milyon 533 min manat vəsait daxil olub.
