satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı 13,9 faiz artıb

Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı 13,9 faiz artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətlər üzrə müraciətlərin operativ icrası, çevikliyin artırılması, vətəndaşlarla təmasların minimuma endirilməsi, vaxt itkisinin aradan qaldırılması üçün elektron xidmətlərin əhatə dairəsini genişləndirib.

Nazirlikdən NTV-yə  verilən məlumata görə, 2025-ci ilin yanvar-noyabr aylarında hüquqi və fiziki şəxslər, həmçinin notariat ofisləri tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə 6744 elektron müraciət daxil olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,9 faiz artım deməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM